Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 mlrd 933,7 mln ABŞ dolları təşkil edib.
“Report”
xəbər verir ki, bunun 87,2 %-i və yaxud 43 mlrd 564,3 mln ABŞ dolları
Dövlət Neft Fondunun (ARDNF), 12,8 %-i və yaxud 6 mlrd 369,4 mln ABŞ
dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən
ilin IV rübündə ölkənin valyuta ehtiyatları 153,7 milyon ABŞ dolları və
yaxud 0,3 % artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 275,7
milyon ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatlarında
isə 122 milyon ABŞ dolları və yaxud 1,9 % azalma olub.
Son
1 ildə isə ölkənin valyuta ehtiyatları 352,4 milyon ABŞ dolları və
yaxud 0,7 % artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 241 milyon
ABŞ dolları və yaxud 0,6 % çox, AMB-nin valyuta ehtiyatları isə 111,4
milyon ABŞ dolları və yaxud 1,8 % artım nümayiş etdirib.