Yeni növ koronavirus
(COVID-19) infeksiyası əleyhinə vaksinasiyanın başlandığı 60 ölkədə
ümumilikdə 86,4 milyondan çox insana peyvənd vurulub.
APA-nın xəbərinə görə, bu barədə “Bloomberg” məlumat yayıb.
Bildirilib
ki, tarixin ən böyük vaksinasiya kampaniyası çərçivəsində son
göstəricilərə əsasən, gündəlik təqribən 4,19 milyon nəfərə vaksin
vurulur.
Qeyd olunub ki, ABŞ-da vaksinasiyanın
başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 27,3 milyondan çox
insana peyvənd vurulub. Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində
23 milyon, Avropa İttifaqında 10,9 milyon, Böyük Britaniyada 7,9 milyon
nəfərə peyvənd vurulub.
Əhalinin
vaksinasiyasının ən sürətli aparıldığı ölkə isə İsraildir. Bu ölkədə
artıq 4,3 milyon nəfərə peyvənd vurulub ki, bu da ümumi əhalinin
48,03%-ni təşkil edir.