Azərbaycanda son illər siyasi hakimiyyətin iradəli və qətiyyətli addımları beynəlxalq aləmdə ölkəmizin nüfuzunun artmasınna səbəb olmuşdur. Burada çox önəmli faktor ölkə prezidentinin xalqla qarşılıqlı təması və xalqın birmənalı şəkildə dəstəyini qazanmasıdır. Elə yaxın keçmişdə Qarabağ müharibəsi zamanı olkə başçısı İlham Əliyevin xalqdan dəstək alaraq Azərbaycanı istəməyən qüvvələrə qarşı sərt mövqe bildirməsi qəhrəman əsgərlərimizin düşmən üzərində qələbə çalmasının təməli oldu. Hal-hazırda gedən proseslər onu göstərir ki, ölkəmiz müharibədən sonrakı dövrü də düzgün idarə edir. Buna görə də Azərbaycanı istəməyən qüvvələr ölkəmizə qarşı çirkin kampaniyanı həyata keçirməkdən çəkinmirlər. Bu məqamda xüsusilə ölkədaxili siyasi sabitliyin pozulması Azərbaycanı istəməyən qüvvələrin işinə yardımçı ola bilər ki, məhz onblar da maksimum bundan yaralanmaq istəyirlər. Lakin mən bu yazıda Azərbaycandakı müxalifətdən bəhs etməyəcəm, çünki, onlar onsuz da ölkədə hər hansı təsirə mali deyirlər. İsa Qəmbər və ya Əli Kərimli kimi keçmiş liderlərin ətrafında 10-15 nəfər adam qalmışdır ki, onlar da yaxın ətrafıdırlar.
Lakin, bu gün sizə Avropanın müxtəılif ölkələrinə üz tutmuş fırıldaqçılardan və ölkəmizin adına ləkə gətirən “siyasi mühacirlərdən” bəhs etmək istəyirəm. O insanlar ki, Almaniyada, Fransada və digər ölkələrdə AND, DAS və digər təşkilatfason şeylər yaradaraq vətənimizin əleyhinə işlər görürlər ki, bu sözün həqiq mənasında xəyanətə bərabərdir. Ayrı ayrı orqanlar qarşısında “Azərbaycanda söz azadlığı”, “siyasi məhbuslara azadlıq” və s. adıyla keçirdikləri aksiyalarda elə Bakıdakı “liderlərin” ətrafında olanlar qədər adam toplayan bu adamlar utanmadan da xalqın adından danışırlar. Guya Azərbaycanda demokratiya pozulur, tənqidçilər həbs edilir və s. Vaxtilə bu bəhanələrlə küçələrə düşən Orduxan, Tural Sadıxlı indi öz yerin Qabil kimi başdanxaraba ötürüb. Lakin, məsələ Qabil və onu kimi “9b” diaqnozu alnında yazılmışlarla da deyil, onların “vətənşüvənliyindən” təsirə düşənlərlə bağlıdır. Sosial şəbəkələrdə yayılmış bir “aksiyaya” baxdım. 24 iyun 2021-ci il tarixdə Almaniyanın Köln şəhərində keçirilən bu tədbirdə aparıcının hay küyündən sonra xüsusilə iki nəfərin çıxışına baxdım. Onlardan biri Elçin Qasımov adlı şəxs əlinə verilmiş kağızdan yazılardan yalnız diktatura və demokratiya anlayışlarını düzgün səsləndirə bilirdi.
Həmin bu E.Qasımovun sosial şəbəkələrdəki statuslarından və paylaşımlarından da “Azərbaycanda diktatura var” və ya “siyasi məhbuslara azadlıq” səsləri gəlir. Müəyyən qədər yaşı olan və ailə başçısı sayılan bu adam özünün məsuliyyətini dərk etmir ki, dediyi hər kəliməyə görə sabah cavab verməli olacaq. Çünki, ən sadə dillə desək, dünya dərəbəylik deyil və sabah Elçin Qasımov və onun kimiləri qanun qarşısında cavab verməli olacaq. Azərbaycanda İlham Əliyev xalqla birlik olub qəhrəman əsgərlərimizlə Qarabağı, Şuşanı azad edəndə sən və sənin kimiləri özü-özlüyündə utandılarmı görəsən. Həmin Köln aksiyasında keçirilən mitinqdən belə çıxır ki, yox nəinki utanmayıblar, əksinə əldə olunan uğura kölgə salmaq üçün əllərindən gələni etməyə hazırdırlar. Bununla da xarici havadarlarının Azərbaycanəleyhinə olan fəaliyyətlərinə dəstək verirlər. Qarabağdan söz düşmüşkən bu mitinqdə çıxış edən başqa birinə diqqət çəkmək istəyirəm. Əslən Laçın rayonundan olan və normal döyüşçü yaşında olan Əmrah Verdizadə bu mitinqdə çıxış edərkən ölkədə həbs edilmiş bir neçə dələduzun adını çəkir ki, guya onlar siyasi məhbuslardır. Yenə də bu Verdizadənin sosial şəbəkə hesablarına baxıram: Azərbaycanda sosial vəziyyət, uşaqpulu, siyasi hüquqlar, siyasi məhbuslar, azad seçki, demokratiya yoxdur və s. Bu vətənpərvərlərə demək lazımdır ki, sən Qarabağda döyüşənləri heç gözünün qarşısına gətirirsənmi ki, onlar canlarını vətən uğrunda verərkən harda idin? Verdizadə cənabları onu bilməlidir ki, onun “sosial və siyasi fəaliyyətinin” sifarişini verənlər bizim daxili sabitliyimizi pozmağa çalışanlar, eyni zamanda Qarabağdakı uğurumuzu istəməyənlərdi.
Lakin, sonda bir söz demək istəyirəm. İstər adıçəıkilən Əmrah Verdizadə və ya Elçin Qasımov, istərsə də bu cür səviyyəsiz şəkildə küçələrdə qışqırıq salan digərləri sabah Azərbaycan qanunları qarşısında cavab verərkən havadarları onlara dəstək verməyəcək.
Azərbaycan isə cənab prezidentimiz İlham Əliyevin liderliyi ilə daha böyük uğurlara imza atacaq.