Vergidən yayınanlara qarşı yoxlamalar başlayıb

Azərbaycan Respublikası Vergilər Nazirliyinin etibarlı mənbəsindən bizə bildiriblər ki, ölkədə 3cü rüb başlamasıyla paralel olaraq bir sıra kiçik müəssisələrdə yoxlamalar həyata keçirilir. Buna səbəb əvvəlki iki rübdə aparılan monitorinqlərin nəticələridir.

Belə ki, aparılan monitorinqlər onu deməyə əsas vermişdir ki, bir şox kiçik və orta sahibkarlıq subyektləri davamlı olaraq vergidən yayınırlar. Daxil olan məlumata görə ilikin yoxlamalar Bakı, Gəncə, Sumqayıt, Şirvan, Şəki şəhərlərində, o cümlədən İmişli, Qəbələ, Masallı, Ağcabədi, Balakən, Qusar, Ağstafa, Ağsu rayonlarında aparılacaq.

Mənbə bildirir ki, “Kur MMC”, “Karvansaray MMC”, “Zəhmət-Ruzi” MMC, “Karandaş Stor MMC” və s. şirkətlərdə artıq yoxlamalar başlayıb. Digər şirkətlərin adları və yoxlamanın nəticələri barəsində məlumat verəcəyik.