Cəzaçəkmə müəssisəsinə narkotik maddəni bu yolla keçirmək istədi

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a bildiriblər ki, Cinayət Məcəlləsinin 177.2.3-cü və 67.1-ci maddələrinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Rəsulov Taleh Çingiz oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Qələndərov Pərviz Əhməd oğlunun üzərinə baxış keçirilib. Baxış zamanı onun cibində gizlədilmiş bükülünün içərisində 0,168 qram heroin aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.ƏTRAFLIBritish School in Baku

Oxşar xəbərlər

Xəbər lenti

DAHA ÇOX XƏBƏR

Yuxarı© Publika.Az 2019Bakı şəhəri, Binəqədi rayonu,
S.S.Axundov küçəsi 31/23
(+994 12) 464-61-74, 464-61-75, 464-61-76

×