Məmmədyarov “Grand Chess Tour 2019” seriyasının dördüncü mərhələsində iştirak edəcək

Avqustun 10-da Sent-Luisdə “Grand Chess Tour 2019” şahmat seriyasının dördüncü mərhələsi start götürəcək.

Publika.az xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə Şəhriyar Məmmədyarov təmsil edəcək. Turnirdə, həmçinin hazırkı dünya çempionu norveçli Maqnus Karlsen, fransalı Maksim Vaşe-Laqrav, amerikalı şahmatçılar Fabiano Karuana, Lenyer Dominqes, Çin təmsilçiləri Dinq Liren, Yu Yanqi, ermənistanlı Levon Aronyan, rusiyalı Sergey Karyakin və macarıstanlı Riçard Rapport mübarizə aparacaqlar. Turnir avqustun 15-dək davam edəcək.

Yarışın mükafat fondu 150 min ABŞ dollarıdır.

Xatırladaq ki, Parisdə keçirilmiş “Grand Chess