Məlum həqiqətdir ki, radikal müxalifətin ictimai rəyə təsir göstərmək imkanları çox zəifdir. Son illər ölkə iqtidarının həyata keçirdiyi məqsədyönlü siyasətlə mövcud olan bir sıra sosial problemlərin həll olması müxalifətin arzularına ciddi zərbə vurub. O da danılmaz faktdır ki, ölkəmizdəki radikal müxalifətin bugünədək atdığı bütün addımlar xaricdəki erməni lobbi təşkilatlarının və Ermənistandakı anti-Azərbaycan qüvvələrinin fəaliyyəti ilə paralellik təşkil edir.
Gecə-gündüz Azərbaycan dövlətinə və millətinə qarşı kampaniya aparan erməni lobbisinin vasitəsinə çevrilən radikal düşərgənin məhz onların planı əsasında fəaliyyət göstərməsi, dövlətimizin milli maraqlarına daim zərbə vurmağa çalışması da sir deyil. Bu məsələdə radikal müxalifətin Avropada özünə sığıncaq tapmaq istəyən təmsilçilərinin fəaliyyəti əd xüsusi diqqət cəlb edir. Adlarını ictimai fəal qoyan, Fransada oturub Azərbaycan əleyhiən iş aparan Rahim Rzayev, Xanım Ağaşirinova qeyd olunanların ən real nümunəsi qismində çıxış edirlər. Bu şəxslər, xüsusən də Rahim Rzayev üçün vətəndən öncə maddi maraqlar ön plandadır. Hətta madldi maraqları üçün o, erməni lobbisi ilə bir ərgədə dayanaraq Azərbaycana qarşı fəaliyyətdən belə çəkinmir. Digər tərəfdən, ölkəmizin əldə etdiyi nailiyyətlər dostlarımızı sevindirdiyi kimi Rahim Rzayev, Xanım Ağaşirinova kimi naxələfləri kədərlə boğur, onlarda kəskin qısqanclıq hissləri yaradır. Demokratik inkişaf yolu seçmiş Azərbaycanın bütün sahələrdə -iqtisadi, siyasi sferalarda əldə etdiyi nailiyyətlər bu gün dünya birliyi tərəfindən alqışlanır. Amma Rahim Rzayev kimi yaramazlar bunları görməzlikdən gəlir. Gedib əməlləri ilə Vətən xaini olduğunu çoxdan sübuta yetirmiş Qənimət Zahidlə bir cərgədə yer alırlar. Qənimət Zahiddən aldıqları sifarişlərin icrasını həyata keçirirlər. Adı çəkilən şəxs isə çoxdan Azərbaycanın düşmənlərinin səfində yer aldığını təsdiq edib. Rahim Rzayev, Xanım Ağaşirinova da onunal eyni mövqeni bölüşərək Azərbaycana düşmən kəsildiklərini nümayiş etdirmiş olurlar.
Azərbaycanın dünyanın siyasi palitrasında qazandığı müsbət imicin ləkələnməsi üçün . Rahim Rzayev və onun kimi antimilli ünsürlər hər cür bədxahlığa gedirlər. Bu səbəbdən də onun və onun kimilərinin antimilli, anti-Azərbaycan və ermənipərəst dairələrdən qətiyyən fərqi yoxdur. Əksinə, onlarla bir sırada yer alıb Azərbaycana qarşı qarayaxma kampaniyasının miqyasını genişləndirməklə məşğuldurlar. Amma belələrini Vətən, xalq heç vaxt bağışlamayacaq və onların cəzalarına çatması çox önəmlidir. Hər halda tarix belələrinin mütləq layiqli cəzasına çatmasıan dair sübutlarla zəngindir.
E. VERDİYEV