Radikal müxalifətin Avropa tör-töküntüləri yenə anti-Azərbaycan qüvvələrinin əlində alətə çevriliblər

Onlar Avropada Azərbaycanı sevməyən xarici dairələr, ermənipərəst qüvvələrin təsir dairəsi altındadırlar

Məlumat verildiyi kimi bir neçə gün əvvəl Almaniyanın paytaxtı Berlində Azərbaycanın uğurlarına kölgə salmaq istəyən və adını azərbaycanlı qoyan bir qrup nankor Azərbaycan əleyhinə aksiya təşkil edib. Bununla bağlı redaksiyamıza daxil olan elektron məktubda çox maraqlı məqamlar açıqlanır. Həmin məktubdan bel əməlum olur ki, aksiyanın təşkilatçıları Almaniyada mühacirətdə olan Demokratiya Naminə Vətəndaş Təşəbüsləri İctimai Birliyin sədri Sevinc İsgəndərova və siyasi-ictimai fəal Könül Əmirova kimi nankorlardır.
Araşdırmadan bəlli olur ki, bu insanlar əcnəbilər. Anti-Azərbaycan qüvvələr üçün təkcə Vətənini yox, dinini də satmağa hazır şəxslərdir. Belə ki, göndərilən məktub göstərir ki, Sevinc İsgəndərovanın həyata yoldaşı Rafiq Həsən Azərbaycan Xalq Cəhbəsinin iqtidarda olduğu dövrdə Yevlax rayonun icra başçısı işləyib. Amma el əhəmin vaxt çoxsaylı pozuntulara yol verib. Bu səbəbdən həyata yoldaşı ilə birlikdə indi qaçıb Almaniyaya və burada ölkəmizə qarşı bu cütlük hər cür hədyan və nifrin yağdırırlar. Özü də Rafiq Həsən müsəlmançılıqdan imtina edib və xiristanligi qəbul edib. Bunu özü və həyat yoldaşı harada gəldi fəxrlə bəyan edirlər. Təki addımları Azərbaycan düşmənləri olan xristian dairələrə xoş gəlsin. Bunun nəticəsidir ki, dinimiz, peyğəmbərlərimiz haqqında da hər cür hədyanlar səsləndirirlər. Ümumiyyətlə, Almaniyada yaşamaq üçün bunlar, eləcə də Könül Əmirova hər şey edirlər. Bununla radikal müxalifətin Avropada özlərinə yer edən təmsilçiləri dövlətimiz əleyhinə müxtəlif çirkin fəaliyyətdə bulunurlar. Amma Xocalı soyqırımı, Qarabağ məsələsi ilə bağlı bir dəfə də olsun Avropada etiraz səslərini çıxarmırlar.
Yurddaş Partiyasının sədri Mais Səfərli bildirdi ki, Xocalı soyqırımı və Qarabağ məsələsilə bağlı Qərbdə etiraz səslərini ucaltmayan radikal müxalifət təmsilçiləri bununla düşmən dəyirmanına su tökməklə məşğuldur: “Avropaya mühacir edərək özlərini guya siyasi mühacir adlandıran, amma əslində, orada Azərbaycan dövlətinə qarşı işləyən xarici dairələrin təsirinə düşmüş bu insanların fəaliyyətini izləyirəm. Onlar gördünüz ki, növbədənkənar seçkilərin keçirilməsilə bağlı olaraq da yersiz yerə hay-həşir saldılar. Bu istiqamətdə Avropada müxtəlif tədbirlər keçirdilər, petisiya hazırladılar. Onlar doğrudan da Azərbaycanı istəyən qüvvələrdirsə, nədən Xocalı faciəsilə əlaqədar heç bir tədbir keçirmədilər? Bu isə onların mahiyyətini, iç üzünü göstərən bir məsələdir“. Mais Səfərli Sevinc İsgəndərova, Könül Əmirova və digər belə şəxslərin Azərbaycan xalqına heç bir aidiyyatının olmadığını da vurğulayır. Onun fikrincə belə şəxslər Azərbaycan dövləti və xalqı üçün bilərəkdən problem yaradan qüvvələrdir: “Yəni, ermənilərin dəyirmanına su tökən qüvvələrdir. Əməllərilə də bunu sübut edirlər. Ona görə də hesab edirəm ki, həmin dairələrin Azərbaycana heç bir aydiyyatı yoxdur. Sadəcə olaraq, adımızı daşıyırlar. Əslində isə onları Azərbaycan və xalqımızla heç nə bağlamır. Hesab edirəm ki, ümumiyyətlə, onlara kənar qüvvələr kimi baxmalıyıq. Yeri gələndə onlar Azərbaycana təşrif buyurarlarsa, cəmiyyət belə qüvvələrə öz münasibətini göstərməlidir, onlar cəmiyyətdən təcrid olunduqlarını bilməlidirlər”.
Politoloq Məmməd Əlizadənin fikrincə, Avropaya mühacir etmiş radikal müxalifət dairələri, məsələn, Sevinc İsgəndərova, Könül Əmirova, Rafiq Həsən və digər belə şəxslər addımları ilə özlərinin ermənipərəst qüvvələrin əlində oyuncağa çevrildiklərini nümayiş etdirmiş olurlar: “Həqiqətən də, Avropaya müxtəlif bəhanələrlə mühacir edən qüvvələr tez-tez olduqları bu məkanda Azərbaycan əleyhinə təşkil olunan müxtəlif tədbirlərdə iştirak edir və burada dövlətimiz əleyhinə kampaniya aparırlar. Lakin bir dəfə də olsun görmədik ki, mühacir edən radikal müxalifət nümayəndələri Xocalı soyqırımı və ümumiyyətlə, Qarabağ məsələsilə bağlı səsini qaldırsınlar. Bu məsələdə onlar tam susqunluq nümayiş etdirirlər. Belə vəziyyət ondan irəli gəlir ki, həmin adalrı çəkilən şəxslər və digərləri Avropada Azərbaycanı sevməyən xarici dairələr, ermənipərəst qüvvələrin təsir dairəsi altındadırlar. Yəni, onların əlində bir oyuncağa çevriliblər. Bu hal həmçinin, mühacir edən bu radikalların dövlətsevər, vətənsevər olmadıqlarının bariz nümunəsidir. Çünki dövlətini, vətənini, xalqını sevən heç bir kəs belə çirkin əmələrə qoşulmaz”.
Milli Məclisin deputatı Elman Məmmədov da eyni mövqedən çıxış edir: “Mən bir müddət əvvəl də bildirmişəm ki, Avropa ölkələrində Azərbaycan əleyhinə iş aparan, vətəndaşlarımızı təhqir edənlər öz cəzalarına çatmalıdırlar. Birdaha o mövqedəyəm ki, Avropada Azərbaycan əleyhinə iş aparan, vətəndaşlarımızı təhqir edən dediyiniz şəxslər Sevinc İsgəndərova, Könül Əmirova, Emin Hüseynli, , Tural Sadıqlı və digər bu kimi şəxslərə qarşı qanunun sərt üzünün tətbiq edilməsinə ehtiyac var”. Ümumiyyətlə, Azərbaycan cəmiyyəti, xalqı da bu mövqedədir ki, sapı özümüzdən olan baltalara qarşı həqiqətən də sərt addımlar atılmasına ehtiyac var. Belə vəziyyət onların Azərbaycana qarşı Avropada iftira kampaniyasına son qoyulması üçün çox önəmlidir. Xalq hər şeyə layiqincə və laxımi qiymət verir.
Natiq MAHİR