20.09.2020 tarixindən Uşaq Hüquqlarını Müdafiə Liqası, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “COVID-19 la bağlı dezinformasiyanın qarşısını almaq üçün monitorinq tipli veb sayt və sosial şəbəkə səhifələrinin yaradılması” layihəsi uğurla başa çatdı.
Layihənin əsas məqsədi COVID-19 təhlükələri barədə məlumatlılığı artıracaq, insanlar arasında dolaşan şaiə və saxta xəbərləri təkzib edəcək, əhalidə lazımi profilaktik tədbirləri haqqında və xaricdən gələn Azərbaycan vətəndaşları barəsində məlumat yayacaq veb sayt və sosial mediada səhifələrin yaradılmasıdır.
Layihənin başa çatması ilə bağlı video təqdimat keçirilmişdir. Mərasimdə 22 nəfər iştirak etmişdir. Təqdimat mərasimində layihənin icrası ilə bağlı məlumat verilmiş, ekspert çıxışları dinlənilmiş, layihə çərçivəsində çəkilmiş videolar nümayiş etdirilmiş və sorğunun nəticələri təqdim edilmişdir.
Sorğuda 115 nəfər iştirak etmişdir.
Sorğuda iştirak edən vətəndaşlara verilən sual.
Covid-19 barədə yalan məlumatlar və şaiyələr ilə rastlaşanda nə edirsiniz?
Verilən cavablar say və faizlə
- Mənbə ilə əlaqə saxlayıb məlumatın yalan olduğunu bildirirəm. 69 (60%) nəfər.
- Mənbəni daha Covid-19 barəsində məlumat almaq üçün istifadə etmirəm 32 (27,8%) nəfər.
- Məlumat paylaşıb onun yalan olmasını qeyd edirəm. 23 (20%) nəfər
- Heçnə etmirəm 3 (2.6%) nəfər