Rusiyanın nüfuzlu “Vedomosti” nəşri “İlin siyasətçisi” xüsusi layihəsinin nəticələrini elan edib.
APA-nın
Moskva müxbirinin xəbərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev
nəşrin oxucularının seçimi əsasında “İlin siyasətçisi” elan olunub.
ABŞ-ın yeni seçilmiş prezidenti Co Bayden isə redaksiya seçimi əsasında “ilin siyasətçisi” elan edilib.
Nəşri
yazır ki, Azərbaycan Prezidentini haqlı olaraq ordusu 2020-ci ildə
inamlı hərbi qələbə qazanan, region miqyasında isə əsl zəfər əldə edən
yeganə lider adlandırmaq olar.
Qeyd edək ki,
“İlin siyasətçisi” siyahısına namizədlər arasında Rusiya Prezidenti
Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan, Fransa
Prezidenti Emmanuel Makron, Belarus Prezidenti Aleksandr Lukaşenko da
yer alıb.