Son dövrlər sosial
şəbəkələrdə üzərində Xarı Bülbül, Şuşa qalası, at və s. əks olunan 500
manatlıq “kağız pul nişanı”nın təsvirləri yayılıb.
Azərbaycan
Mərkəzi Bankın (AMB) bildirir ki, Konstitusiya və “Mərkəzi Bank
haqqında” qanunun tələblərinə uyğun olaraq milli pul nişanlarının
dizaynının hazırlanmasını və tədavülə buraxılmasını yalnız AMB həyata
keçirir. 500 manatlıq pul nişanı tədavülə buraxılmayıb və sosial
şəbəkələrdə yayılan məlumatlar həqiqətə uyğun deyil: “Vətəndaşlarımızı
bu məsələlərdə ehtiyatlı olmağa və milli pul nişanlarımıza dair
məlumatları AMB-dən və onun internet səhifəsindən əldə etməyə
çağırırıq”.