Müxalifətin daha bir xəyanət simvolu

Son proseslər göstərir ki, cəmiyyət şəxsi maraqları milli maraqlardan üstün tutanları qəbul etmir. Xüsusən də cəmiyyətin müxalifətin radikal kəsiminə reaksiyasını son illər ərzində praktik olaraq həmin siyasi qüvvələrin tamamilə iflasa uğramasından aydın görmək olar. Bu gün radikal siyasi xətti kiçik bir qrup istisna olmaqla heç kim müdafiə etmir. Amma radikal müxalifətin azsaylı tərəfdarları yenə də bəd əməllərindən əl çəkmirlər. Qeyd edilənləri əslən Qarabağdan olan Müsavat Partiyasının üzvü Taleh Qasımzadənin timsalında aydın sezmək olar.
O, fəaliyyəti ilə hər an Azərbaycanın milli maraqlarını satmağa hazır olduğunu nümayiş etdirib. Mənsub olduğu partiyanın böyük əksəriyyəti kimi xarici pulverənlərə kompromat ötürmək, Azərbaycan barədə qərəzli mövqe sərgiləmək Taleh Qasımzadənin əsas məşğuliyyətidir. Azərbaycana qərəzli mövqedə dayanan, xarici ölkələrin əlində fiqura çevrilən, təxribatçı qüvvələrlə birgə çalışmasını təsdiqləyən amillər Taleh Qasımzadənin daha çox erməni dəyirmanına su tökməklə məşğul olduğunu üzə çıxarır. Dağıdıcılıq, ziyankarlıq, xəyanət missiyasını daim tətbiq edərək Azərbaycana qarşı fəaliyyət göstərən bu şəxs əməllərinin məsuliyyətini qətiyyən dərk etmir. O, şəxsi maraqlarına görə dövlətçiliyimizə xələl gətirir. Azərbaycana dair antitəbliğat kampaniyası aparan Taleh Qasımzadə bununla bir daha yaramaz xislətli bir məxluq olduğunu nümayiş etdirir. Onun mahiyyəti və xisləti məhz ölkəmizə qarşı olanlara satılmağa köklənib. Belələri əməllərinə görə, mütləq qaydada lazımi məsuliyyətə cəlb olunmalıdırlar. Əks halda onlar Azərbaycaan qarış iyrənc fəaliyyətlərinə son verməyəcəklər. Tarix, xalq, cəmiyyət iəs heç vaxt bu qəbildən olan nadürüstləri bağışlamır.
V.Y.