Azərbaycanı atıb əcnəbilərə sığınan, bunu üçün elini, millətini satmağa hazır olanlara bir çox hallarda heç xaricilər özləri belə əhəmiyyət vermir. Amma yenə belələri məqsədli şəkildə Azərbaycana qarşı təzyiq kampaniyası aparmağa cəhd göstərənlələ bir sırada olmağa çalışır. Azərbaycanın uğuruna sevinməyən, dövlətimizin qüdrətlənməsi, güclənməsi, dünyanın təhlükəsizlik siyasətini təyin edən ölkələr sırasına yüksəlməsi ilə barışmayan belə şəxslər bu istiqamətdə hər kəslə, hətta əli xalqımızın qanına batmış ermənilərlə açıq şəkildə müttəfiqlik edir. qeyd olunaların real təsdiqini Aygın Xələfova və onun bacısı Məleykə Xələfovanın timsalında aydın görmək olar. Bacılar sözün əsl mənasında ölkeəmizə düşmən olan dairələrlə baş-başa verərək onlarla birlikdə Azərbaycana qarşı iş aparmaqla məşğuldurlar. Onları cəmiyyət, dövlət, milli mənafelər, demokratiya, insan hüquqları və sair maraqlandırmır. Bütün bunlar onlar üçün əsl simalarını gizlətmək və insanları çaşdırmaq üçün vasitədir.
Xaricdə nəyinsə qarşılığında sığınacaq ala bilmək üçün xəstə ata və analarını da didərgin salan bu şəxslər özlərinə qətiyyən Azərbaycan xanımına yaraşmayan formada aparırlar. Xəstə ata və analarını şəxsi maraqlarına qurban edənlərdən əslində, dövlət və xalq üçün nəsə gözləmək də əbəsdir. Odur ki, Azərbaycan cəmiyyətində belə yaramazlarar nə yer var, nə də inam. Ona görə də bu bacılar öz iddialarına çatmaq üçün antiazərbaycançı dairələrlə işbirliyinə girir, onlarla çox həvəslə əməkdaşlıq edir. Bu fonda üçün isə həmin dairələr qarşısında müəyyən öhdəliklər də götürürlər. Bu öhdəliklərdən biri və ən əsası uğurlu daxili və xarici siyasət yeridən, erməni işğalına qarşı barışmaz mövqedə dayanan, Ermənistana bir qarış da torpağını güzəştə getməyəcəyini dəfələrlə bəyan edən, ərazi bütövlüyünün bərpası üçün bütün vasitələrə əl atmağa hazır olan Azərbaycan hakimiyyətinə qarşı birgə mübarizə aparmaqdır. Beləliklə, əsasən Avropadakı və Amerikadakı ermənipərəst dairələrlə marağı üst-üstə düşən belə şəxslər əslində, xalqa, Azərbaycan dövlətinə, milli maraqlarımıza qarşı mübarizə aparır.Bunun əvəzində aldıqları çirkli pullar hesabına Avropada dəbdəbəli həyat tərzi sürməyə ümid edirlər. Belə vəziyyətdə bacılar üçün vətəni satmaq heç nədir. Azərbaycan gəncləri dövlətimizin həyata keçirdiyi siyasəti ürəkdən dəstəkləyirlər. Çünki məhz bu dövlət hər bir gənc vətəndaşın maraqlarını ehtiva edən gənclər siyasəti həyata keçirir. Amma barələrində söhbət açılan bacılar bundan yararlanmaq əvəzinə Avropaya sığınıb Azərbaycana qarşı iş aparmağa üstünlük verirlər. Əslində, belələrinə vətəndə yer yoxdur.
N. VƏLİYEV